AZ

Rodrigez ümumi amnistiya haqqında qanunu dəstəklədi

BAKI, 8 fevral. TELEQRAF

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez Bolivar Respublikasının Milli Assambleyasında (parlamentində) baxılan ümumi amnistiya haqqında qanuna dəstək ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Rodrigez "Venezolana de Television" telekanalının efirində çıxışı zamanı Milli Assambleyanın sözügedən qanunu birinci oxunuşda yekdilliklə qəbul etməsini alqışladığını bildirib.

Onun sözlərinə görə, bu sənəd Venesuelada sülhə və barışığa xidmət etməlidir.

Səlahiyyətli prezident vurğulayıb ki, ədalət demokratik birgəyaşayışın əsas dayağına çevrilməlidir. O qeyd edib ki, Venesuela xalqı ən ağır çətinlikləri dəf edib və məğlubedilməz olaraq qalır. Delsi Rodriges eyni zamanda azad və müstəqil Venesuelada birliyin qorunmasına çağırıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr