ain.az bildirir, Oxu.az portalına istinadən.
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov britaniyalı Alfi Devisi məğlub edərək, yüngül çəkidə Peşəkar Döyüşçülər Liqasının (PFL) çempion titulunu qoruyub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
U.Nurməhəmmədov döyüşü üçüncü raundda boğma üsulu ilə qazanıb. Bu nəticə ilə o, ötən ilin oktyabrında irlandiyalı Pol Hyuz üzərində qələbəsi sayəsində qazandığı PFL kəmərini qoruyub.
Qeyd edək ki, 27 yaşlı Nurməhəmmədov keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun qohumudur.
Usman Nurməhəmmədovun hazırda 21 qələbəsi var. O, heç bir görüşdə məğlub olmayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.