AZ

İtaliyada qar uçqunu nəticəsində azı üç xizəkçi həlak oldu

Bakı. Trend:

İtaliyanın şimalında, Cənubi Tirol və Lombardiya bölgələrindətrasdan kənar xizək sürən azı üç nəfər qar uçqunu nəticəsində həlakolub.

Trend xəbər verirki, bu barədə Alp Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, Dolomit Alplarında, Kortina-d’Ampetsoyaxınlığındakı Marmolada rayonunda qadınlar arasında dağ-xizəkidmanı üzrə yarışların keçirildiyi ərazidə iki qar uçqunu başverib. Hadisədən sonra xilasedicilər Marmolada massivində, 3 300metr hündürlükdə yerləşən Punta-Rokka zirvəsində trasdan kənaraçıxan bir kişinin meyitini tapıblar.

Daha iki xizəkçi Bormiodan təxminən 65 km şərqdə, Valtellinanınaşağı vadisindəki Albozaciya kəndində trasdan kənar ərazidə həlakolub.

Alp Xilasetmə Xidməti Cənubi Tirolda mümkün dördüncü qurbanbarədə hələ təsdiqləmə verilmədiyini bildirib. Yerli medianınməlumatına görə, orada uçqun nəticəsində xəsarət alan bir kişixəstəxanada vəfat edib.

Seçilən
43
az.trend.az

1Mənbələr