AZ

​Bağırsaqları hər gün təmiz saxlamaq üçün nə etməliyik?

Mütəxəssislər bildirir ki, bağırsaqların sağlam fəaliyyəti ümumi sağlamlığın əsas şərtlərindən biridir. Metbuat.az xəbər verir ki, bağırsaqların gündəlik təmiz və nizamlı işləməsi həzm problemlərinin, şişkinliyin, qəbizliyin, eləcə də bir çox xroniki narahatlıqların qarşısının alınmasına kömək edir. Sağlam bağırsaq eyni zamanda immun sisteminin güclənməsində də mühüm rol oynayır. Bağırsaqların normal işləməsi üçün rasionda lifli qidalar üstünlük təşkil etməlidir. Tərəvəzlər, meyvələr, tam buğda məhsulları, yulaf, paxlalılar bağırsaq hərəkətliliyini artıraraq tullantıların vaxtında xaric olunmasına şərait yaradır. Mütəxəssislər gündəlik qida rasionunda kifayət qədər lif qəbul etməyi tövsiyə edirlər.Gün ərzində kifayət qədər su içməmək bağırsaqların fəaliyyətini ləngidir. Su nəcis kütləsinin yumşalmasına və rahat xaric olunmasına kömək edir. Həkimlər gün ərzində orta hesabla 1,5–2 litr su içməyi məsləhət görür.Az hərəkətli həyat tərzi bağırsaq problemlərinin əsas səbəblərindən biridir. Gündəlik gəzinti, yüngül idman və fiziki aktivlik bağırsaqların işləməsini stimullaşdırır və qəbizliyin qarşısını alır. Qatıq, kefir, ayran kimi probiotik tərkibli məhsullar bağırsaq mikroflorasını balansda saxlayır. Sağlam mikroflora isə həzmi asanlaşdırır və toksinlərin orqanizmdən atılmasına kömək edir.

Bağırsaq siqnallarını uzun müddət saxlamaq düzgün deyil. Mütəxəssislər hər gün eyni vaxtlarda tualetə getmə vərdişi yaratmağın bağırsaqlar üçün faydalı olduğunu bildirirlər. Psixoloji gərginlik və stress bağırsaq fəaliyyətinə birbaşa təsir göstərir. Rahat yuxu, stressin azaldılması və psixoloji tarazlıq həzm sisteminin sağlam işləməsinə müsbət təsir edir.

Seçilən
36
1
metbuat.az

2Mənbələr