Rusiya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün Hindistana müraciət edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"İntrud" işə qəbul agentliyinin əməliyyat direktoru Yelena Velyaeva məqalədə qeyd edib: "Biz Rusiya əmək bazarında əsl tektonik dəyişikliyin şahidi oluruq", - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, "Intrud" təkcə Hindistanda deyil, Myanma və Şri-Lanka da daxil olmaqla bir sıra digər Asiya ölkələrində müxtəlif vəzifələr üçün namizədlər axtarır. Velyaeva vurğulayıb ki, agentlik axtarış coğrafiyasını genişləndirməyi planlaşdırır.
2025-ci ilin dekabr ayında Rusiya və Hindistan hökumətləri hər iki ölkənin vətəndaşlarının digər ölkədə müvəqqəti işlə təmin olunması haqqında saziş imzalayıblar. Sənəd rusların Hindistanda, hindlilərin isə Rusiyada işləməsinə icazə verir.