AZ

Məşhur müğənni vəfat etdi

ABŞ-ın "3 Doors Down" rok-qrupunun solisti Bred Arnold 47 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə qrupun sosial media səhifəsində dərc olunmuş açıqlamada bildirilib.
 

Qeyd olunub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2025-ci ilin may ayında Arnold ona böyrək xərçəngi diaqnozu qoyulduğunu elan etmiş, bununla bağlı qrupun yay turnesi ləğv olunmuşdu.


"3 Doors Down" qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup 2000-ci ildə işıq üzü görən debüt albomu "The Better Life" ilə tanınmağa başlayıb. Onların ən məşhur mahnıları arasında "Kryptonite" və "Here Without You" kompozisiyaları da var. (Oxu.az)

Bizim.Media

Seçilən
14
6
bizim.media

8Mənbələr