AZ

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdib.

Hörmətli sürücülər!

Hal-hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır. Qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
Göstərdiyiniz anlayışa görə təşəkkür edirik.

Seçilən
15
4
teleqraf.com

10Mənbələr