AZ

Azər Qərib keçmişini xatırladı: “Yox, dəli-divanə deyildim”

"Sovetin təhsil sistemində bal-mal yox idi. Nehrə yağına sürtülüb lavaşın içində yeyiləni demirəm, qiymətləndirməyi nəzərdə tuturam, ağzınız şirin olsun. Ən yuxarı qiymət "5" idi məktəbdə, ən sanballı, sonra "4" gəlirdi, o da babat qiymət sayılırdı, "3"ə artıq bir az pis baxırdılar, "2" isə artıq fəlakət idi, "vaxsey, uşaq əldən getdi", siqaret çəkməyə bir addımlıq yol".

"Yeni Sabah" xəbər verir ki, bunu "Facebook" hesabında aparıcı Azər Qərib yazıb.

O əlavəedib: "Qızların "2" alması isə ümumiyətlə ailənin ən dramatik anları idi! Toydan əvvəl qaşını aldın, ya gündəlikdə evə "2" gətirdin, öz miqyasına görə təxminən eyni rüsvayçılıq hesab edilirdi, amma sözüm onda yox.

Orta məktəb belə, alı məktəblərdə isə ən yuxarı qiymət "əla" idi, rusca "otliçno". Mən rus bölməsində oxuyurdum, o vaxtlar yeganə univesitetin Şərqşünaslıq fakültəsində və məqsədim "Fərqlənmə diplom"u almaq idi, "qırmızı diplom" deyirdilər ona.

Həm öz məqsədim idi, həm də atamın tələbi. Mən də çalışırdım, amma dəli-divanə deyildim. Yəni gecə-gündüz dərs oxuyum, özümü fəda edim, həsrətli baxışlarla əylənməyə gedən dostlarıma balkondan baxım göz yaşı tökə-tökə, belə şey yox idi, onu da çatdırırdım, bunu da. Ona görə də elə semestr olurdu ki, qiymətlərimin hamısı "əla" olurdu, qan qaynayan semestrlərdə isə bir az geriyəlirdim.

Sonra gənc atam rəhmətə getdi və mən ali məktəbi bitirəndə o artıq həyatda yox idi. Lakin sözünü yerə salmadım, "qırmızı diplom"la bitirdim ali təhsilimi.

Bu gün şəxsi arxivlərimə baxırdım bir sənədi axtararkən, nostalji hisslər yaşadım.

Oxuyun dostlar, oxuyun, çox gəzən çox bilmir, çox oxuyan çox bilir".


Telegram kanalımız
Seçilən
97
yenisabah.az

1Mənbələr