AZ

Pezeşkian: ABŞ ilə danışıqlar irəliyə doğru bir addımdır

BAKI, 8 fevral. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ölkəsi ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında aparılan danışıqları müsbət qiymətləndirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "X" hesabında paylaşım edib.

Regiondakı dost dövlətlərin təşəbbüsü və dəstəyi ilə baş tutan təmaslara toxunan Pezeşkian yazıb: "Bu danışıqlar irəliyə doğru atılmış bir addım idi".

Prezident vurğulayıb ki, rəsmi Tehranın problemlərin həlli üçün əsas strategiyası hər zaman dialoq olub:

"Nüvə məsələsində bizim məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) açıq şəkildə göstərilmiş hüquqlara əsaslanır. İran xalqı hər zaman hörmətə hörmətlə cavab verib, lakin güc dilini əsla qəbul etmir".

Seçilən
18
1
teleqraf.com

2Mənbələr