AZ

Fidan Quliyeva “Böyük Seva”nı həyata qaytaran həkimdən yazdı

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Böyük Seva” — Sevda Həsənova — Birinci və İkinci Qarabağ müharibələrində, Azərbaycan gəncliyinin formalaşmasında, milli mətbuatın cəsarətində izi olan nadir Azərbaycan qadınlarındandır. Onu tanıyanlar mərdliyi, dik duruşu və sözünün çəkisi ilə xatırlayır.

Savaş bölgələrində ölümün gözünə baxaraq xalqına həqiqəti çatdıran qorxmaz jurnalistlərdən biri olub.

Bu dəfə isə taleyin ən ağır sınağı ilə üzləşdi — beynində həyati risk daşıyan böyük şiş kütləsi aşkarlanmışdı. Seva yenə Seva idi: cəsarətli, təmkinli… Uzun müddət əməliyyata razı olmurdu. Ta ki, Ələskər Həsrətovu tanıyana qədər. Dostlarına demişdi: “Doktorun üzündəki nur mənə inam verdi. Həyatımı bu insana etibar edə bilərəm.”

Ələskər Həsrətov Azərbaycan neyrocərrahiyyəsinin əsas sütunlarından biridir. Başqalarının riskə girmədiyi yerdə o, bu ağır məsuliyyəti üzərinə götürdü. Doqquz saat davam edən mürəkkəb əməliyyatda şiş kütləsi sinirlərə toxunmadan, yüksək peşəkarlıqla çıxarıldı. Bu, təkcə əməliyyat deyil, elmin və vicdanın qalibiyyəti idi.

Və həkim xəstəsi ayılana qədər onun başı üzərindən ayrılmadı.

Şükür bu günə — “Böyük Seva” həyatdadır.

Şükür bu günə — Azərbaycanın Ələskər Həsrətov kimi həkimi var.

Belə peşəkarları tanıtmaq, dəyərləndirmək bizim borcumuzdur.

“Böyük Seva”mız!

Yenidən həyata dönüşün münasibətilə səni və bizi təbrik edirəm.

Hər zaman bizimlə qal.

Fidan Quliyeva

ANS TV-nin keçmiş baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr