“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.
Msport.az xəbər verir ki, millimizin üzvü “Kolambus Kru” klubu ilə müqavilə bağlayacaq.
22 yaşlı futbolçunun Ağdam klubu ilə 2028-ci ilə kimi müqaviləsi olduğundan bu transferdən “Qarabağ” da pul qazanacaq. (sportinfo.az)
“Kolambus Kru” ötən mövsüm MLS-in Şərq Konfransında 15 komanda arasında 7-ci yeri tutub və pley-off-a vəsiqə qazanıb. Lakin komanda 1\16 final mərhələsində “Sinsinati”yə 3 oyunun nəticəsinə görə, 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Kolambus Kru”nun əsas hücumçusu 2021-2023-cü illərdə “Fənərbaxça”dan çıxış etmiş Dieqo Rossidir. Transfer dəyəri 8,5 milyon avro olan 27 yaşlı uruqvaylı forvard ötən mövsüm 32 oyunda 16 qol vurub və 5 məhsuldar ötürmə verib.
Rossinin ABŞ klubu ilə müqaviləsi 2026-cı ilin dekabrına qədərdir.