Niderland Erediviziyasında növbəti turun görüşləri keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi “Volendam” 21-ci turda “Zvolle”nin qonağı olub.
Kökçünün komandası səfərdə 2:1 qalib gəlib. Millimizin üzvü oyuna start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra “Volendam” 21 xalla turnir cədvəlində 15-ci yerdədir.