AZ

Bu xərçəngin peyvəndi HAZIRLANIR

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əczaçılıq şirkətləri “Moderna” və “Merck” tərəfindən hazırlanmış eksperimental dəri xərçəngi peyvəndi beş illik klinik sınaqda ümidverici nəticələr nümayiş etdirib.

Məlumatlara görə, o, əhəmiyyətli və davamlı şiş əleyhinə təsir göstərir, eləcə də inkişaf etmiş melanoma xəstələrində sağ qalma səviyyəsinin yaxşılaşdığı üzə çıxıb.

Hazırda 2-ci mərhələdə olan terapiya “Moderna”-nın fərdiləşdirilmiş mRNT texnologiyası olan “Intismeran Autogene”-ni “Merck”-in immunoterapiya dərmanı “Keytruda” ilə birləşdirir.

Bu yanaşmalar birlikdə əməliyyat keçirmiş yüksək riskli melanoma xəstələrində xərçəngin təkrarlanması və ya ölüm riskini “Keytruda” monoterapiyası ilə müqayisədə 49 faiz azaldıb.

“Moderna”-nın baş vitse-prezidenti Kayl Holen deyib: “Xərçəng müalicəsində mRNT-nin potensialını nümayiş etdirən bu ümidverici nəticələr sayəsində onkologiya platformamıza investisiya qoymağa davam edirik”.

mRNT immun hüceyrələrini unikal xərçəng markerlərini tanımaq üçün öyrətməklə işləyir, “Keytruda” isə şişlərin immun sistemindən gizlənmək üçün istifadə etdiyi PD-1 zülallarını bloklayır. Bu, immun reaksiyasında əsas rol oynayan T hüceyrələrinə şişlərə daha effektiv hücum etməyə imkan verir.

“Moderna” və “Merck” şirkətləri hazırda daha çox sayda xəstədə terapiyanın faydalarını təsdiqləmək üçün sınaqların son mərhələsi olan III mərhələ klinik sınaqlarının nəticələrini gözləyirlər. Yeni terapiya cərrahi yolla çıxarıldıqdan sonra belə yayıla bilən aqressiv dəri xərçəngi forması olan yüksək riskli melanomanı hədəf alır.

Dəri xərçənginin ən təhlükəli forması olan melanoma melanin istehsal edən hüceyrələrin nəzarətsiz böyüməsi ilə xarakterizə olunur. Son onilliklərdə melanoma halları artmaqdadır. 2022-ci ildə dünyada 330.000-dən çox insana belə  diaqnoz qoyulub.

Hər il Avropa Birliyində təxminən 15700 insana yüksək riskli melanoma diaqnozu qoyulur ki, bu da bütün melanoma hallarının 15 faizini təşkil edir. Adətən 3-cü və 4-cü mərhələlərdə aşkar edilir.

Yüksək riskli melanomaya qarşı oxşar mRNA peyvəndləri “BioNTech” və “Roche” tərəfindən hazırlanır. Onlar hamısı erkən mərhələdə klinik sınaqlardadır.

Bundan əlavə, “Moderna” və “Merck” şirkətləri eyni texnologiyanı kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, sidik kisəsi xərçəngi və böyrək xərçənginin ən çox yayılmış forması olan böyrək hüceyrəli karsinoma üzərində aparılan tədqiqatlarda sınaqdan keçirirlər.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
114
1
cebheinfo.az

2Mənbələr