AZ

MPL: Lider Araz Naxçıvan ı, Sumqayıt Zirə ni qəbul edir

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 19-cu tur start götürəcək

Fanat.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Öncə lider “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. Masazırdakı matçda ədaləti Tural Qurbanov qoruyacaq.

Ardından “Sumqayıt” öz meydanında  “Zirə” ilə qarşılaşacaq. Bu görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

“İmişli” – “Kəpəz” və “Turan Tovuz” – “Karvan-Yevlax” oyunları sabah,“Şamaxı” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” görüşləri isə fevralın 10-da keçiriləcək.

Misli Premyer Liqası

19-cu tur

8 fevral

"Sabah" – "Araz-Naxçıvan"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə.

“Bank Respublika Arena”, 16:00.

"Sumqayıt" – "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr