AZ

Sulutəpə istiqamətində təmir sıxlığa səbəb oldu

BAKI, 8 fevral. TELEQRAF

Paytaxtın Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin "Sulutəpə" dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət səbəbindən hazırda aşağıdakı yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur:

Bakı-Sumqayıt şosesi – Sumqayıt şəhəri istiqamətində;

Tbilisi prospekti – Sumqayıt istiqamətində;

Ziya Bünyadov prospekti – Alı Mustafayev küçəsi ilə kəsişmədən Sumqayıt istiqamətində;

Asif Məhərrəmov küçəsi (Nəsimi rayonu) – Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində;

Mir Cəlal və Asif Məhərrəmov küçələrinin kəsişməsi (Binəqədi rayonu) – Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində.

Mərkəzdən qeyd olunub ki, hazırda sözügedən ərazilərdə nəqliyyat axınının intensivliyini bərpa etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Seçilən
37
4
teleqraf.com

2Mənbələr