AZ

Koul Palmer bir oyunda iki rekorda imza atdı

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının (İPL) 25-ci turu çərçivəsində "Vulverhempton"a qarşı keçirdikləri matçda (3:1) iki tarixi rekorda diqqət mərkəzinə düşüb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 23 yaşlı oyunçu görüşün ilk hissəsində het-trik edib.

O, qollardan ikisini penaltidən vurub.

Beləliklə, Palmer İPL tarixində birinci yarıda 3 dəfə het-trik edən ilk oyunçu ünvanına sahib çıxıb.

Bundan başqa, sözügedən futbolçu "Çelsi"nin heyətində het-trik sayına görə klub rekordunu yeniləyib. Koul "zadəganlar"ın forması ilə Premyer Liqada dördüncü dəfə bir matçda 3 qol vura bilib.

Nihat

Seçilən
2
6
fanat.az

7Mənbələr