"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının XXV turunda "Vulverhempton"a qarşı keçirdikləri oyunda (3:1) iki tarixi rekorda imza atıb.
"Far.Az" "Opta"ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu qarşılaşmanın ilk hissəsində het-trik edib.
O, qollardan birini oyundan, ikisini isə penaltidən vurub.
Bununla da K.Palmer İngiltərə Premyer Liqası tarixində ilk hissədə üç dəfə het-trik edən ilk oyunçu kimi tarixə düşüb.
Bundan əlavə, gənc futbolçu "Çelsi"nin heyətində het-trik sayına görə klub rekordunu təzələyib. O, "zadəganlar"ın forması ilə Premyer Liqada dördüncü dəfə bir matçda üç qol vurmağa nail olub.