AZ

Flik mövsümün sonunda “Barselona”nı tərk edə bilər

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandanı tərk edə bilər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta qarşıdakı seçkiləri udmasa, Flik “Barsa”dan gedəcək.

Klub prezidenti postuna seçkilər martın 15-də keçiriləcək. Yeni prezident iyulun 1-dən fəaliyyətə başlayacaq.

Almaniyalı mütəxəssis özünü Laporta komandasının bir üzvü sayır. Laporta yenidən seçilərsə, Flik müqavilənin müddətini uzadacaq. Lakin iyulun 1-ə qədər bu istiqamətdə heç bir addım atılmayacaq.

 

Seçilən
79
msport.az

1Mənbələr