AZ

Final matçını buraxacaq

Mark Qehi böyük məyusluq içindədi.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” Liqa Kubokunun finalında yeni transferindən yararlana bilməyəcək. İngiltərə Futbol Liqası klubun bununla bağlı müraciətini rədd edib. Baş məşqçi Xosep Qvardiola “Nyukasl” üzərindəki qələbədən (3:1) sonra mövcud qaydaların Qehiyə finalda oynamağa imkan verməyəcəyini bildirib. Buna səbəb futbolçunun yeni klubunda yarımfinalın ilk oyununa qədər qeydiyyatdan keçməməsidi.

Beləliklə, müdafiəçi martın 22-də “Arsenal”a qarşı keçiriləcək həlledici matçda komandasına kömək edə bilməyəcək.

MS futbolçunu yanvar ayında “Kristal Pelas”dan 20 milyon funt sterlinqə transfer edib. O, Çempionlar Liqasının pley-off oyunlarında iştirak edə bilsə də, Liqa Kubokunda yalnız gələn mövsüm debüt edə biləcək.

Seçilən
76
1
football-plus.az

2Mənbələr