Müğənni Vəfa Şərifovanın illər əvvələ aid arxiv videosu sosial şəbəkələrdə yayılıb.
Video sosial mediada müxtəlif müzakirələr yaradıb. Bəzi istifadəçilər müğənninin indiki görünüşü ilə o dövr arasındakı fərqləri vurğulayaraq dəyişimin süni müdaxilələr nəticəsində baş verdiyini iddia ediblər. Digər bir qisim isə Vəfa Şərifovanın həmin dövrdə də cazibədar və təbii göründüyünü qeyd edərək onu müdafiə edib.
Arxiv görüntüləri qısa zamanda geniş yayılaraq müğənninin keçmiş halı ilə bağlı müzakirələrə yol açıb.