“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin Çinin “Şençjen Penq Siti” klubuna transferi alınmayıb.
Msport.az xəbər verir ki, millimizin üzvü üçün sərfəli təklif göndərən asiyalılar onun qısa vaxt ərzində klubun düşərgəsində olmasını tələb ediblər.
Martın 6-da Çində yeni mövsüm başlayır və komandanın baş məşqçisi Bəhlulun təlim-məşq toplanışında olmasını istəyib.
27 yaşlı müdafiəçi “Nyukasl”la Çempionlar Liqasının pley-off mərhələsinin hər iki oyununda meydana çıxmaq arzusundadır. O, Qurban Qurbanovla söhbətdən sonra komandanı ağır təqvim zamanı qoyub getmək istəmədiyini bildirib.
Bu səbəbdən Çin klubu ilə transfer danışıqları dayandırılıb.