Millinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundazadənin karyerasını ABŞ-də davam etdirəcəyindən məlumatlısız.
Bu haqda ilk xəbər saytımıza məxsusdur.
Dünən axşam saatlarından etibarən bu yöndə eksklüziv informasiyalar yaymaqdayıq.
Əldə etdiyimiz növbəti bilgiyə görə, 22 yaşlı forvard gələn həftənin əvvəlində okeanın o tayına yollanacaq.
Gənc xətt oyunçusu «Kolambus Kru» ilə 3 illik müqavilə imzalayacaq. Onun çıxışı MLS iştirakçısını razı salarsa, kontrakt daha 2 il müddətinə uzadılacaq.
"Xəzər Lənkəran"ın yetirməsinin 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc əldə edəcək.
O, "Qarabağ"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ