Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sea Breeze Resort & Residences
Komendant (Rezidensiyalar üzrə)
Son tarix 06 mar 2026 – [email protected]
İşin təsviri:
Rezidensiya ərazisinin təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
Rezidensiya ərazisində aparılan təmir və texniki işlərin icrasına nəzarət etmək;
Aşkarlanmış texniki və digər qüsurlar üzrə qüsur aktlarının tərtib edilməsi və rəhbərliyə təqdim olunması;
Rezidentlərin müraciətlərini operativ şəkildə qəbul etmək, yaranmış problemlərlə dərhal maraqlanmaq və həllini təmin etmək;
Rezidentlərlə gündəlik ünsiyyətin düzgün və peşəkar şəkildə qurulmasını təmin etmək;
Aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və iş prosesinin fasiləsizliyini təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Təcrübə və bacarıqlar:
Ali və ya orta ixtisas təhsili (üstünlükdür);
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür);
Azərbaycan, rus və ingilis dillərini ən azı orta səviyyədə bilmək;
MS Office proqramları ilə işləmə bacarığı;
Rezident və qonaqlarla ünsiyyətdə nəzakətli, səbirli və məsuliyyətli olmaq;
Yüksək ünsiyyət və problem həll etmə bacarıqları;
Stressə davamlılıq və çevik qərarvermə qabiliyyəti;
Növbəli iş qrafiki ilə işləmək imkanı.
İş şəraiti:
İş günləri: həftədə 5 gün, növbəli iş qrafiki;
Əməkhaqqı: 1000 AZN (netto);
İş yeri: Sea Breeze Resort / Nardaran qəsəbəsi;
Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur;
Sabit iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən xahiş olunur:
CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər;
Mövzu hissəsində “Komendant (Rezidensiya üzrə)” qeyd etsinlər.
Qeyd: Namizədlər ilkin CV seçimi mərhələsindən keçiriləcək və yalnız uyğun namizədlərlə e-mail və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq, müsahibəyə dəvət ediləcəklər.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.