AZ

Aya qayıtmağın vaxtıdır Maskdan diqqətçəkən şərh

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın şərhi diqqət çəkib.

Globalinfo.az xəbər verir ki,  o, fikirlərini X sosial media platformasında bölüşüb.

Belə ki, istifadəçilərdən biri , ilk təyyarə uçuşundan (1903) insanın Aya enişinə (1969) qədər 66 il keçdiyini xatırladıb.

Mask isə həmin paylaşıma  “Aya kütləvi şəkildə qayıtmağın vaxtıdır”, deyə yazıb.

Qeyd edək ki, “The Wall Street Journal” qəzeti dünən “SpaceX”in strategiyasında dəyişiklik elan etdiyini və 2026-cı ildə planlaşdırılan Mars missiyasını təxirə saldığını bildirib. İndi diqqət NASA-nın Ay proqramına yönələcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
globalinfo.az

1Mənbələr