General-leytenant Vladimir Alekseyevin qətl cəhdində şübhəli bilinən şəxs Dubayda saxlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildiriblər ki, hücum edən şəxs Dubayda saxlanıb, bir iştirakçı isə Moskvada, digəri isə hazırda Ukraynadadır.
“Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşların köməyi ilə cinayətin birbaşa icraçısı olan Rusiya vətəndaşı Lyubomir Korba Dubayda həbs olunaraq Rusiya tərəfinə təhvil verilib”, – Rusiya İstintaq Komitəsinin bəyanatında qeyd olunub.
Naməlum şəxs evinin yaxınlığında yüksək rütbəli hərbi məmura bir neçə dəfə atəş açıb. Vladimir Alekseyev Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir.
TAHİR