AZ

“Barselona”da gözlənilməz gedişat

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Barselona”da gözlənilməz gedişat

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda klubdan ayrıla bilər. 

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, qərar martın 15-də keçiriləcək “Barselona” prezidentliyinə seçkilərinin nəticəsindən asılı olacaq. Almaniyalı mütəxəssis özünü hazırkı prezident Joan Laportanın komandasının bir hissəsi hesab edir və yalnız onun yenidən seçiləcəyi halda yeni müqavilə imzalamağa hazırdır. İyulun 1-dək müqavilənin uzadılması ilə bağlı heç bir addım atılmayacaq.

Qeyd olunur ki, prezidentliyə namizədlərdən biri Viktor Font seçkidə qalib gələcəyi təqdirdə Fliki komandada saxlamaq istədiyini bildirib.

Flik 2024-cü ilin mayından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ilk mövsümdə İspaniya çempionatını, kubokunu və Superkubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
15
qol.az

10Mənbələr