AZ

Nəsimidə bir gündə iki avtomobil soyuldu...



Paytaxtın Nəsimi rayonunda naməlum şəxs “Mercedes” markalı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonunda olan 800 manatı talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı A. Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun elə həmin gün rayon ərazisində “Hyundai” markalı digər avtomobildən də eyni üsulla oğurluq edərək ərazidən uzaqlaşdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Seçilən
89
baki-xeber.com

1Mənbələr