AZ

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan normallaşma prosesi və Yaxın Şərqdə vəziyyəti müzakirə etdi

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

 

Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 8 Fevral 2026, 16:17   
Seçilən
34
44
pravda.az

10Mənbələr