AZ

“Şər, böhtan, nankorluq və qərəz, riyakarlıq gördüm” - Mehriban Ələkbərzadə

"...və mən kinə, şərə doğru yox, yenə də işığa, sevgiyə doğru gedirəm".

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sabiq bədii rəhbəri, hazırda AzTV-də bədii rəhbər vəzifəsində çalışan Mehhriban Ələkbərzadə sosial mediada paylaşıb.

"Hamını gördüm, hər cür şər, böhtan, nankorluq və qərəz, riyakarlıq gördüm...Buna rəğmən dəyişmədim", - deyə Mehriban Ələkbərzadə qısa paylaşım edib. 

Xatırladaq ki, Mehriban Ələkbərzadə 2023-cü il may ayının 13-də Akademik Milli Dram Teatrının bədii rəhbər təyin edilib. Teatrın bədii rəhbəri işlədiyi dövrdə onunla bir sıra aktyorlar və aktrisalar arasında qalmaqallar yaşanıb. Mehriban Ələkbərzadə cari ilin əvvəlində teatrdakı vəzifəsini itirib. 2026-cı il fevralın 5-də isə onun "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunduğu məlum olub.


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr