AZ

MLS klubu Robert Levandovskini transfer etmək istəyir

MLS təmsilçisi “Çikaqo Fayr” “Barselona”nın hücumçusu Robert Levandovskini heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın məlumata görə, 37 yaşlı forvarda iki illik və yüksək maaşlı müqavilə təklif edildiyi bildirilir. 

Hazırda Levandovski “Çikaqo Fayr”ın təklifini qəbul etməyib. Buna səbəb polşalı futbolçuya Avropa və Səudiyyə Ərəbistanı klublarının maraq göstərməsidir.

Qeyd edək ki, Levandovski cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər üzrə 28 matçda iştirak edib, 13 qol və 3 assistlə yadda qalıb. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalına əsasən, hücumçunun bazar dəyəri 9 milyon avrodur.

Seçilən
69
90deqiqe.az

1Mənbələr