AZ

Güllələnən rus generalından xəbər var Yeni detallar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskvada mənzilinin yaxınlığında törədilən sui-qəsddən sonra rusiyalı general-leytenant Vladimir Alekseyevin vəziyyəti barədə yeni məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Aleksandr Kots Telegram kanalında paylaşım edib.

O, Vladimir Alekseyevin  həyat yoldaşına istinadən bildirib ki, general-leytenantın huşu yerindədir və danışa bilir:

“Onun vəziyyəti ağır qiymətləndirilsə də, həyatına birbaşa təhlükə yoxdur. Alekseyev iki güllə yarası ilə qarın boşluğundan, bir güllə yarası ilə isə ayağından xəsarət alıb. Sinə nahiyəsindən yaralanma barədə yayılan məlumatlar təkzib olunub”.

Qeyd olunub ki, general hücum zamanı ona atəş açan Lyubomir Korbaya müqavimət göstərərək cavab zərbəsi endirib və silahlının tapançanı baş səviyyəsinə qaldırmasına imkan verməyib:

“Bu hal onun həyatının xilas olunmasında həlledici rol oynayıb”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
132
globalinfo.az

1Mənbələr