AZ

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.

Seçilən
44
7
hafta.az

8Mənbələr