AZ

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qahirə, 8 fevral, AZƏRTAC

Misir Daxili İşlər Nazirliyi tərəfindən iri həcmdə narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb. Süveyş vilayətində xüsusilə təhlükəli cinayətkar dəstə zərərsizləşdirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, əməliyyat nəticəsində ümumi dəyəri 5 milyon dollara yaxın 3 ton narkotik maddə (2 ton hidro (THC), 1 ton həşiş) müsadirə olunub.

Əməliyyat Narkotiklərlə Mübarizə Sektorunun nazirliyin digər qurumları ilə koordinasiyalı şəklində apardığı dəqiq məlumatlar və intensiv əməliyyat-axtarış tədbirləri əsasında başlayıb. Araşdırmalar cinayətkarların hidro və həşiş narkotiklərinin böyük həcmdə gətirilməsini planlaşdırdıqlarını, onların saxlanılması və sonradan paylanması üçün Süveyşi mərkəz seçdiklərini təsdiqləyib. Qanuni prosedurlar tamamlandıqdan və Baş Prokurorluğun icazəsi alındıqdan sonra təhlükəsizlik orqanları dəstə üzvlərinin hərəkətlərini izləmək üçün dəqiq plan hazırlayıb və qüvvələr şübhəliləri cinayət başında yaxalayaraq saxlayıblar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
38
6
azertag.az

7Mənbələr