Misli Premyer Liqasının XIX turunda "Araz-Naxçıvan" "Sabah"a 1:4 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko məğlubiyyəti şərh edib:
"Bu gün yaxşı komanda ilə qarşılaşdıq. Müdafiə və hücumda yaxşı təşkil olmuş komanda idi. Bütün qapımızdakı qollar öz səhvlərimiz ucbatından idi. İlk dəqiqələrdən rəqib komandaya yuxarı hissədə təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir, ilk dəqiqələrdən buna görə qapımızda qol gördük. Əks hücumdan sonra 3 top buraxdıq, komandada əhval aşağı düşdü. Hücuma getsək də, rəqibə uduzduq. Hücum oyunu oynamaq üçün müəyyən bir istəyin olmalıdır. "Neftçi" ilə oyunda da demək olar ki, eyni şey baş verdi. Hücum futbolu oyanamaq istədik, lakin alınmadı. Biz hazırda görürük ki, komandanı müdafiədən hücuma dəyişirik, bunun üzərində çalışırıq. Bunun üçün isə vaxt lazımdır".