AZ

Bakıda tıxaca səbəb olan yol təmiri nə vaxt bitəcək? - AÇIQLAMA

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi yaxın saatlarda yekunlaşacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yolda sadəcə asfalt örtüyü yenilənir.

Məlumat üçün bildirək ki, Bakı–Sumqayıt yolunun “Sulutəpə” dairəsi istiqamətində yolda asfalt örtüyünün yenilənməsi prosesinə səhər saatlarında başlanılıb.

Seçilən
38
17
aznews.az

10Mənbələr