AZ

Ukraynadan Rusiyaya DƏHŞƏTLİ HÜCUM – Bu ərazi BOMBALANDI

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Astraxan vilayətində yerləşən Kapustin Yar poliqonunda zədələnmələrin qeydə alındığını bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının fevralın 8-də yaydığı açıqlamada qeyd olunub.

KONKRET.az-ın məlumatına görə, Kapustin Yar ərazisində bir sıra infrastruktur obyektlərinə ziyan dəyib. Xüsusilə orta mənzilli ballistik raketlərin texniki baxış və xidməti üçün istifadə olunan bina, montaj korpusu və maddi-texniki təminat anbarı zərər görüb. Bildirilir ki, bu poliqondan Rusiya daha əvvəl Ukrayna ərazisinə “Oreşnik” tipli raketlər buraxıb.

Baş Qərargahın məlumatında həmçinin qeyd olunub ki, fevralın 8-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Rozovka rayonu yaxınlığında yerləşən maddi-texniki təminat anbarına zərbə endirib.

Bundan başqa, fevralın 7-də Zaporojye vilayətində işğal altında olan Krasnoqorskoye yaşayış məntəqəsi yaxınlığında Rusiya hərbçilərinin cəmləşdiyi ərazi vurulub. Eyni zamanda, Donetsk vilayətində, Novoekonomichne yaxınlığında Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsinin məhv edildiyi bildirilib.

Baş Qərargah fevralın 5-də yaydığı əvvəlki məlumatda isə qeyd edib ki, 2026-cı ilin yanvar ayı ərzində Ukrayna Müdafiə Qüvvələri Kapustin Yar poliqonunda yerləşən və orta mənzilli qitələrarası ballistik raketlərin buraxılışdan əvvəl hazırlanması üçün istifadə olunan anqar tipli kompleksə silsilə zərbələr endirib.

Ukrayna hərbçilərinin sözlərinə görə, bu hücumlar yerli istehsal olan uzaqmənzilli zərbə vasitələrinin, o cümlədən FP-5 “Flaminqo” pilotsuz aparatlarının köməyi ilə həyata keçirilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr