AZ

Filippində "Basyanq" fırtınası 12 nəfərin ölümünə səbəb olub

Filippində "Basyanq" tropik fırtınasının dağıdıcı nəticələri nəticəsində azı 12 nəfər ölüb.

"Far.Az"un xəbərinə görə, bu barədə GMA telekanalı Mülki Müdafiə İdarəsinə istinadən məlumat yayıb.

"Dörd nəfər Kaqayan-de-Oroda (Mindanao adası - red.) baş verən torpaq sürüşməsi nəticəsində həlak olub, qalanları isə boğularaq ölüb", - açıqlamada deyilir.

Ümumilikdə, daşqınlar və torpaq sürüşmələri ilə müşayiət olunan fırtınanın fəsadları Filippinin cənubunda təxminən yarım milyon sakinə təsir göstərib, 38 bina tamamilə dağılıb, 407 bina isə qismən zədələnib.

"Visayas adasında və Mindanaoda "Basyanq" tropik siklonunun nəticələrindən təxminən 467 000 zərər çəkib", - bəyanatda deyilir.

Seçilən
55
2
far.az

3Mənbələr