AZ

İş adamının həbs etdirdiyi keçmiş arvadı intihar etdi – VİDEO

Rusiyalı investor Aleksandr Qalitskinin keçmiş həyat yoldaşı intihar edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçevanın sözlərinə görə, Aliyə Qalitskaya Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti saxlanma təcridxanasında intihar edib.

2025-ci ildə o, əmlak bölgüsü üçün iddia qaldırmışdı. Ötən cümə günü məhkəmə Qalitskayanın keçmiş əri, keçmiş Alfa-Bank top menecerindən 150 milyon dollar (11,5 milyard rubl) pul tələb etməsi ilə əlaqədar həbsinə qərar verib.

Qalitskaya kamerada tək olub. O, baş verənlərə görə keçmiş ərini günahlandıran məktub yazıb. “Bilmirəm ki, o bununla necə yaşayacaq, anasının niyə həbsdə olduğunu uşağına necə izah edəcək”, – deyə məktubda qeyd edilib. /Unikal/

 

 

Seçilən
4
3
nocomment.az

10Mənbələr