İngiltərə Premyer Liqasında tam adaptasiya edə bilməyən “Liverpul”un hücumçusu Federiko Kyeza yayda komandadan ayrıla bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumata görə, Mersisaydlılar 28 yaşlı hücumçu üçün 25–30 milyon avro qiymət təyin ediblər.
İtaliyanın “Yuventus” klubu Kyezanın mümkün geri dönüşü üzərində işləyir. Həmçinin, “Roma” və “Napoli” də futbolçunun transferini nəzərdən keçirir.
Cari mövsümdə Kyeza bütün turnirlər üzrə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Oyunçu ümumilikdə 392 dəqiqə meydana çıxıb. Onun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarktın məlumatına əsasən, Kyezanın bazar dəyəri 18 milyon avro təşkil edir.