AZ

Andrey Demçenko: "Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü"

"Araz-Naxçıvan"ın futbolçuları Misli Premyer Liqasının XIX turunda "Sabah"la matçda buraxdığı ardıcıl qollardan sonra ruhdan düşüb.

"Report" xəbər verri ki, bunu komandanın baş məşqçisi Andrey Demçenko oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis, öz səhvləri ucbatından qapılarında qollar gördüklərini söyləyib:

"Yaxşı, təşkilatlanmış komandaya qarşı oynadıq. Səhvlərimizdən qollar buraxdıq. Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü. Oyunu rəqibin meydanında qurmağa çalışdıq, amma pressinq edən zaman səhvlərə yol verdik. "Neftçi" ilə oyunda da belə oldu. Sanki futbolçularda həyəcan var idi. Həyəcan isə hər zaman işini keyfiyyətli görməyə, dəqiq qərar verməyə imkan vermir. Bu gün komanda olaraq uduzduq. Meydanda olanlardan kimisə seçmək, fərqləndirmək istəmirəm. Taktiki cəhətdən istədiklərimizi reallaşdırmaq üçün zaman lazımdır".

Qeyd edək ki, "Sabah" - "Araz-Naxçıvan" matçı qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
30
far.az

1Mənbələr