AZ

Türkiyədə toyuq ixracı dayandırıldı

BAKI, 8 fevral. TELEQRAF

Ramazan ayı ərəfəsində toyuq məhsullarının qiymətinin istehsalçılar və satıcılar tərəfindən təxminən 15 faiz artırılması fonunda Türkiyə Ticarət Nazirliyi toyuq ixracının sabahdan etibarən dayandırılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu addım daxili bazarda təklifi artırmaq və qiymət artımını məhdudlaşdırmaq məqsədi daşıyır.

Açıqlamada həmçinin qeyd olunub ki, bazardakı vəziyyət diqqətlə izləniləcək və zərurət yaranacağı təqdirdə əlavə tədbirlərin görülməsi də gündəmdə ola bilər.

Seçilən
75
teleqraf.com

1Mənbələr