AZ

Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub

Suriyanın bir sıra şimal-qərb əyalətlərində, xüsusən də Latakiya, İdlib və Hama əyalətlərində şiddətli yağışlar daşqınlara səbəb olub.

“İki sahil” "SANA"ya istinadən xəbər verir ki, hadisə nəticəsində yerli humanitar təşkilatın könüllülərindən biri və iki uşaq olmaqla üç nəfər həlak olub.

"Suriya Qızıl Aypara Cəmiyyətinin könüllüsü Latakiyanın kənd yerlərində xilasetmə işləri apararkən həlak olub, daha dörd nəfər yaralanıb", - deyə açıqlamada bildirilib.

Bir gün əvvəl Latakiyanın şimalındakı Ayn-İssa rayonunda iki uşağın öldüyü bildirilib. Onlarla ailə də təsirlənmiş ərazilərdən təxliyə edilib.

Seçilən
26
5
ikisahil.az

6Mənbələr