Qubada 8 nəfər qidadan zəhərlənib. Hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı baş verib. Zəhərlənən şəxslər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qusar Rayon Mərkəzi Xəstəxanasından Publika.az xəbər verir ki, verilən məlumata görə, fevralın 8-i saat 14 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.