AZ

Azərbaycan futbolunda bu da oldu

Misli Premyer Liqasında baş tutan “Sumqayıt” - “Zirə” (2:3) matçında qəribə hadisə qeydə alınıb.

Publika.az xəbər verir ki, “Zirə”nin heyətində iki futbolçunun geyimi azarkeşlərin diqqətindən qaçmayıb.

Belə ki, komandanın müdafiəçiləri Anqe Mutsinzi və Enrike Gelain meydanda bir-birilərinin nömrələrini daşıyan şortlarla mübarizə aparıblar. Oyun zamanı Gelain Mutsinziyə məxsus 25 nömrəli, Mutsinzi isə Gelainə aid olan 5 nömrəli şortu geyinib. Futbolçuların formalarındakı nömrələrlə şortlarındakı nömrələrin uyğun gəlməməsi isə texniki xəta kimi qiymətləndirilir.

Qeyd edək ki, futbolçuların geyim dəsti və üzərindəki nömrələr protokolda qeyd edilən rəqəmlərlə üst-üstə düşməlidir. Bu cür texniki qüsurlara görə klubların AFFA İntizam Komitəsi tərəfindən maliyyə sanksiyasına məruz qalması ehtimalı yüksəkdir.

Seçilən
44
2
publika.az

3Mənbələr