"Sumqayıt"ın baş məşqçisi Saşa İliçin bu gün Misli Premyer Liqasının XIX turunda baş tutan "Zirə" ilə matçdan (3:2) öncə müdafiə xəttində həyata keçirdiyi dəyişikliklər nəticəyə təsir etməyib.
"Far.Az" xəbər verir ki, mütəxəssis bunu oyundan sonra mətbuat konfransında bilidib:
O, gözəl qollara şahidlik etdiklərini söyləyib:
"Nəticə ürəyimizcə olmasa da, maraqlı oyun getdi, gözəl qollara şahidlik etdik. Müdafiə xəttində bir sıra dəyişikliklər etmişdik. Lakin bunun nəticəyə təsiri olmadığını düşünürəm. Artıq bugünkü oyunu unudub növbəti oyuna hazırlaşmalıyıq".