AZ

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədən toyuq məhsullarının ixracı sabahdan etibarən dayandırılacaq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb.

Yayımlanan açıqlamada bildirilib ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının məhdudlaşdırılması məqsədilə qəbul edilib.

Həmçinin vurğulanıb ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
18
apa.az

10Mənbələr