AZ

Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 8 fevral, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə Azərbaycan çempionatına start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Bakı Atletika Mərkəzində keçirilən ölkə birinciliyində Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasını yarışda “Ordubad” komandasının üzvləri Əmrah Nağıyev, Namiq Babayev və Emin Abbasov təmsil ediblər. Onlar yarışın yekununda 1 qızıl və 2 gümüş medal qazanıblar.

Əmrah Nağıyev 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb və 9:42.45 nəticə ilə qızıl medala layiq görülüb. Namiq Babayev isə 800 və 1500 metr məsafələrdə gümüş medal əldə edib. O, eyni zamanda, 800 metr məsafədə 1:59.02 nəticə göstərərək, 18 yaşadək idmançılar arasında qapalı məkanda ölkə rekordunu yeniləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
4
azertag.az

5Mənbələr