AZ

Tbilisidə antisanitariya səbəbindən 9 məşhur restoran bağlanıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tbilisi, 8 fevral, AZƏRTAC

Gürcüstanın Milli Qida Agentliyi paytaxt Tbilisi də daxil olmaqla, bir neçə bölgədəki restoran, kafe və barlarda yoxlamalar aparıb. Agentlik turistlər arasında məşhur olan 20 qida müəssisəsindən doqquzunu bağlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.

Bağlanan müəssisələrə şəhər mərkəzində yerləşən Asiya mətbəxi təklif edən kafe və restoranlar, o cümlədən məşhur “Fire Wok”, “Evil Wok” və “Yoko Asia” restoranları da daxildir.

Restoran və kafelər gigiyena və sanitariya standartlarına ciddi şəkildə riayət edilməməsi səbəbindən bağlanıb.

Bundan əlavə, Milli Qida Agentliyi qeydiyyatsız fəaliyyət göstərmək, qida saxlama və etiketləmə qaydalarını pozmaq kimi hallar aşkar edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
4
azertag.az

7Mənbələr