ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XIX tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Sabah" öz meydanında "Araz-Naxçıvan"a 4:1, "Zirə" isə səfərdə "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra "Sabah" 46 xalla turnir cədvəlinə başçılıq edir, "Zirə" 32 xalla 3-cü, "Sumqayıt" 30 xalla 5-ci, "Araz-Naxçıvan" isə 27 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.