AZ

İş adamının həbs etdirdiyi keçmiş arvadı intihar etdi VİDEO (FOTO)

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyalı investor Aleksandr Qalitskinin keçmiş həyat yoldaşı intihar edib.

"Unikal" xəbər verir ki, Rusiya İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçevanın sözlərinə görə, Aliyə Qalitskaya Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti saxlanma təcridxanasında intihar edib.

2025-ci ildə o, əmlak bölgüsü üçün iddia qaldırmışdı. İstintaq versiyasına görə, o, 2024-cü ilin iyul ayından etibarən biznesmeni “biabırçı məlumatlar” yaymaqla hədələyib və ondan 150 milyon dollar tələb edib. Ötən cümə günü məhkəmə Qalitskayanın keçmiş əri, keçmiş Alfa-Bank top menecerindən 150 milyon dollar pul tələb etməsi ilə əlaqədar həbsinə qərar verib.

Rusiya Daxili İşlər Nazirliyinin tabeliyində olan təcridxana rəhbərliyi hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib.

“Qalitskaya kamerada tək idi. O, bir məktub buraxıb və baş verənlərdə keçmiş ərini – nüfuzlu və varlı bir şəxsi – günahlandırıb. Bilmirəm, o, bununla necə yaşayacaq, övladına anasının niyə həbsə düşdüyünü və orada niyə canına qıydığını necə izah edəcək…”, – deyə Merkaçeva bildirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
unikal.az

1Mənbələr